Şadurvan çay evi

Çay mərasiminin geniş yayıldığı Azərbaycanda çay qonaqpərvərliyin və qonaqlara hörmətin rəmzidir. Azərbaycanlılar çayın söhbətə və sərbəst ünsiyyətə şərait yaratdığını bildirirlər. “SHADURVAN” – sizin şərqin təmtərahına baş vuracağınız və əsl çay mərasimi bayramından həzz alacağınız məkandır. Gözəl interyer elə hiss yaradır ki, sanki “1000 bir gecə” nağılını gerçəkləşdirir.

 

Sizə çayı yerli şirniyyatlarla: halvanın bir neçə növü, paxlava, rahat-luhum, şəkər çörək və istənilən şərq mətbəxinin şöhrəti sayılan digər təamlarla təqdim edəcəklər. Burada tələsmədən, dincələrək, əsl istirahət üçün hər şeyi asanlıqla tapmaq olar. Şəhərdə ən yaxşı qəlyan, birinci dərəcəli xidmət və hər bir qonağı astanadan yumşaq tərzdə qarşılayan sakit əhval istirahəti həmahəngliklə tamamlayır.