Royal Club

“GREENPARK” elit yaşayış kompleksində yerləşən, təmtəraqlı “ROYAL CLUB FİTNESS & SPA” Velness Mərkəzinə xoş gəlmisiniz. “ROYAL CLUB” sizə şəhərin narahat həyatından dincəlmək üçün sakit və rahat sığınacaq, bədənə qulluqla bağlı müstəsna prosedurların tam kompleksini, massaj və idman məşğələlərini təklif edir. O özünə və yaxınlarına şahlara layiq istirahət, parlaq rənglər və unudulmaz təəssəratlar bəxş etmək üçün yaradılıb. Geniş idman üzgüçülük hovuzu, cakuzi, uşaq hovuzu və fito-bar 1200 kv. m.-dən artıq sahədə yerləşir. şəhərdə çox az rast gəlinən, hovuz, tam akva-aerobika məşğələləri üçün layihələndirilib. Kral Klubunda tam dincəlmək üçün Sizə lazım olan hər şey var.

 

“Lüks” sinfinə aid prosedurlara dərini cavanlaşdıran və qocalmanı yavaşladandan başlamış, stounterapiyaya (qaynar daşlarla massaj), skrablardan istifadə və qidalandırıcı bürünmələr də daxildir. Bu xidmətlər qadın və kişi SPAzonasında, müvafiq olaraq, 4 prosedur kabinəsində, türk hamamında, fin saunasında, buxar otağı və fitobarlarda həyata keçirilir. Velness Mərkəzə kişilərin və qadınların məşğələlərinin spesifik xüsusiyyətləri nəzərə alınmış, trenajorlarla təchiz olunmuş iki fitnes zalı daxildir. Həmçinin aerobika və pilateslə məşğələlər üçün geniş zal mövcuddur. “ROYAL CLUB”un trenajor zalı məhsulu qısa müddətdə maksimum nəticələr əldə etməyə imkan verən, aparıcı dünya brendlərinin ən müasir avadanlığı ilə təchiz edilib. Paytaxtımızın ekoloji təmiz rayonunda yerləşən bu fövqəladə təmtəraqlı klub gündəlik həyatın stresslərindən qaçmaq üçün əla yerdir.