Metal-plastik konstruksuyalarının istehsalı

“Saray Group” şirkətin strukturuna daxildir. Müəssisə gündə 500 kv.m.-ə qədər metal-plastik konstruksiyaları, xüsusən plastik pəncərələr, qapılar və alüminium profillər istehsal edir. İstehsalat həcmləri təkcə öz ehtiyaclarını tam təmin etməyə deyil, kənarda da müqavilələr bağlamağa imkan verir. Şirkətdə metal-plastik konstruksiyaların hazırlanması və quraşdırılması zamanı yalnız keyfiyyətli materiallar tətbiq olunur, istehsalatda xarici texnologiyalardan istifadə olunur.