“Crystal Hall”un ilk Avropa Oyunları üçün hazırlığı

Tezliklə Azərbaycan paytaxtında 20 yarış növündə ən yaxşı idmançıların yarışacağı, tarixin ilk Avropa Oyunları başlayacaq.  Bu misilsiz tədbirin keçirilməsində vacib rolu Bakının məşhur Büllur zalı – Crystall Hall oynayır. Voleybol, taekvando, karate və qılıncoynatma yarışlarının burada keçirilməsi planlaşdırılır. İyun ayının 12-də Oyunların təntənəli açılış mərasimi baş tutacaq, ayın 28-də isə yarışlar möhtəşəm bağlanış mərasimi ilə yekunlaşacaq.

 

Crystal Hall kompleksinin belə irimiqyaslı beynəlxalq idman tədbiri üçün hazırlanması kimi vacib vəzifə özünü yaxşı yöndən bacarıqla tanıtmış, bir sıra iri layihələri həyata keçirən DDLAR Group şirkətinə həvalə edilib. Şirkətin mütəxəssisləri bu dəfə də peşəkarlıqlarını və son dərəcə yüksək səviyyədə ixtisaslaşdıqlarını sübut edərək arenanın oyunlara hazırlığının müfəssəl planını hazırlayıblar və əvvəlcədən təsdiq edilmiş plana müvafiq qaydada zəruri işləri icra ediblər.

 

Şirkətin mütəxəssisləri təhlükəsizlik sisteminə xüsusi diqqət yetiriblər və Büllur Sarayda yarışların yüksək səviyyədə keçirilməsi məqsədilə hər bir nüans üzərində hərtərəfli çalışıblar. İdman bayramının təşkilatçıları ilk Avropa Oyunları keçirilən zaman xoşagəlməz halların qarşısını almaq üçün bütün təhlükəsizlik tədbirlərinə əməl etməyə çalışan DDLAR Group şirkətinin işini və onun əməkdaşlarının peşəkarlığını yüksək qiymətləndiriblər.

crystal-hall