monolitbeton_az

Monolit Beton

Monolit Beton DDLAR Group-a daxil olan tikinti təşkilatlarının fəaliyyətlərinin yüksək effektliyini təmin etmək məqsədilə təşkil olunub. Məlumdur ki, özünün xammal bazasının olması istehsal sahəsində etibarlı müdafiədir. Lakin bu gün Monolit Beton təkcə holdinqə daxil olan kompaniyaları deyil, illərlə əməkdaşlıq etdiyi digər tikinti təşkilatlarının da inşaat betonu tələbatlarını təmin edir. “KAMAZ” texnikası bazasında olan zavodun balansında 7 və 4 kub metr həcmində mikserlər, 22 və 32 metr məsafədən beton ötürmək üçün nasos vardır. Holdinqin beton zavodunun istehsal gücü bu gün saatda 125  kub metrə çatır. Betonun yüksək keyfiyyəti inşaat materialları İnstitutu tərəfindən dəfələrlə təsdiq olunmuşdur. Məhsulun keyfiyyətinə olan aksent yüksək rəqabət şəraitində zavoda stabillik təminatı verir. Daimi təlabata malik olduğundan özünün texniki xidmət sisteminin və nəqliyyat vasitələrinin olması sayəsində baza tikinti materialı şəhərin hər hansı bir yerindəki tikintiyə operativ surətdə çatdırılır. Regionlarda işləri genişləndirmək taktikası və Gəncə bölgəsinin potensialı burada özünün tikinti materialları bazasını açmağı tələb etdi. Nəticədə 2005-ci ildə Monolit Beton Gəncədə saatda 40 kub metr beton istehsal gücü olan filialını – Kəpəz beton qovşağını açdı. Filial holdinqə daxil olan kompaniyalarla yanaşı digər tikinti təşkilatlarını da xammalla təchiz edir.