inshaatchi_az

İnşaatçı şirkəti

1999-cu ildən fəaliyyət göstərən İNŞAATÇI şirkəti, DDLAR Group şirkətlər qrupuna daxil olan ilk kompaniyadır. Onun yaranmasının əsasını, yüksək keyfiyyəti ilə seçilən müasir mənzillərin inşaatı və satışı ideyası təşkil etdi. Şirkətin əsas fəaliyyət istiqaməti – villaların, eləcə də çoxmərtəbəli binaların tikintisidir. İNŞAATÇI, təkcə Bakıda deyil, Azərbaycanın bir çox bölgələrində belə yüksək dünya standartlarına cavab verən möhtəşəm layihələrin həyata keçirilməsi ilə məşğul olur. Tikintinin müxtəlif mərhələlərində ən yeni texnologiyalardan istifadə edən İNŞAATÇI, müasir tikinti norma və qaydalarına riayət edərək işin yüksək keyfiyyətini təmin edir. Şirkətin əsas prinsipi – işlərin vaxtlı-vaxtında və keyfiyyətlə icra olunması, sərfəli qiymətlər, eləcə də ehtiyatlardan səmərəli istifadədir. Müştərilərimizin inşaata sərf etdiyi investisiyalar çərçivəsində onların komfortlu yaşayışı üçün maksimal imkanlar yaratmaq şirkətimizin ən mühüm vəzifələrindəndir.
İNŞAATÇI şirkətinin həyata keçirdiyi ilk layihələrdən biri Həsənoğlu ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasıdır. Şirkətin ucaltdğı möhtəşəm MEGA CITY kompleksi isə Bakıda reallaşdırılan ən uğurlu layihələrin sırasında durur.