Heydər Əliyev adına park

Mingəçevir şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan məşhur parkın yenidənqurma işləri davam edir. Parkın tərtibat işləri ilə möhtəşəm dizayn və layihələri ilə məşhur olan İtaliyanın “Studioİnsito” şirkətinin aparıcı mütəxəssisləri məşğul olmuşlar. 2014-cü ilin aprel-may ayları ərzində İtaliyadan olan ustaların işləyib hazırladıqları dizayn-layihə sentyabrda təsdiq olunmuş və parkın yenidənqurma işlərinə start verilmişdir. Növbəti ilin ilk on günü ərzində yenidənqurma işlərinin tamamlayıcı mərhələsi başa çatacaq və bərpa edilən park qonaqları qəbul edəcək. Qeyd etmək lazımdır ki, layihənin yenidənqurma işləri kifayət qədər irihəcmlidir və geniş işlər həyata keçiriləcək.

Yenidənqurma işləri muzey binası və onun ətrafında olan ərazinin bərpasını də əhatə edəcək. Parkda yeni memarlıq forması – gözəl monumental fəvvarə inşa ediləcək. Dizaynerlərin ideyasına əsasən bu fontan parkın əsl bəzəyinə çevrilərək landşaft ilə ahəng təşkil edəcək. Parkın yenidən qurulması işinin əsas konsepsiyasını təyin edərkən italiyalı ustaların seçimi parka gələcək hər bir kəsin zövqünü oxşayacaq müasir üslub olmuşdur. Burada açıq havada yerləşən kafe tikiləcək və kölgəli sahələrdə piyada gəzintilərini sevən ziyarətçilər üçün gəzinti sahələri yaradılacaq. Parkın fəxri hissəsində həmin parkın adını daşıyan Heydər Əliyevin abidəsi ucaldılacaq.