Gülüstan

“GÜLÜSTAN” yaşayış kompleksi paytaxtın mərkəzində, D.Əliyeva küç., 251”A” ünvanında yerləşir. Kompleks 14, 15 və 16 mərtəbəli üç binadan ibarətdir. Kompleksdə sərbəst planlaşdırılmış 67 kv.m.-dən 194 kv.m.- dək sahəli mənzillər layihələndirilib. Mənzil sahibləri arzularına, zövqlərinə və imkanlarına uyğun olaraq, aparıcı konstruksiyaları pozmadan, öz dizayn və bəzəklərini seçə bilərlər. Kompleksin daxilindəki inkişaf etmiş infrastruktur, xüsusən mağazalar, salonlar, uşaq meydançası, yeraltı qaraj və s. onun sakinlərinə rahatlıq yaradır. Kompleksin yaşayış sahəsi 39900 kv.m., qeyri-yaşayış sahəsi isə 5545 kv.m. təşkil edir.