İdarəetmə xidmətləri

İdarəetmə xidmətləri

TeaHouse Şadurvan çay evi Çay mərasiminin geniş yayıldığı Azərbaycanda çay qonaqpərvərliyin və qonaqlara hörmətin rəmzidir. Azərbaycanlılar çayın söhbətə və sərbəst ünsiyyətə şərait yaratdığını bildirirlər. “SHADURVAN” – sizin şərqin təmtərahına baş vuracağınız və əsl çay mərasimi bayramından həzz alacağınız məkandır. Gözəl interyer elə hiss yaradır ki, sanki “1000 bir gecə” nağılını gerçəkləşdirir.
RoyalSport Royal Club “GREENPARK” elit yaşayış kompleksində yerləşən, təmtəraqlı “ROYAL CLUB FİTNESS & SPA” Velness Mərkəzinə xoş gəlmisiniz. “ROYAL CLUB” sizə şəhərin narahat həyatından dincəlmək üçün sakit və rahat sığınacaq, bədənə qulluqla bağlı müstəsna prosedurların tam kompleksini, massaj və idman məşğələlərini təklif edir. O özünə və yaxınlarına şahlara layiq istirahət, parlaq rənglər və unudulmaz təəssəratlar bəxş etmək üçün yaradılıb. Geniş idman üzgüçülük hovuzu, cakuzi, uşaq hovuzu və fito-bar 1200 kv. m.-dən artıq sahədə yerləşir.
Petrol Petrol Stations Müasir avtoyanacaq doldurma stansiyaları (YDS) – bu avtonəqliyyata keyfiyyətli xidmət, yanacaqdoldurma və təmir üçün bütövlükdə lazım olan hər şeylə təchiz olunmuş çoxfunksiyalı kompleksdir. YDS layihələndirilərkən və tikilərkən yerli və xarici tikinti materialları sənayesinin ən müasir nailiyyətlərindən istifadə olunur. Texniki həllər, dizayn elementləri və texnoloji avadanlıq dünya standartlarına və müasir ekoloji tələblərə cavab verir.
Megacitysport Megacity “MEGA CİTY СLUB” – bu fəal istirahət və fitneslə, aerobika ilə, bədənin əla formasını saxlamaq, orqanizmi möhkəmləndirmək və ideal bədən quruluşu yaratmaq üçün böyük seçimdə sağlamlaşdırıcı proqramlar üzrə məşğələlərdən zövqdür. Bizdə hər müştəriyə fərdi yanaşma təcrübə olunur. Siz hovuza və nadir SPA-kompleksə və ya fiziki formanı möhkəmləndirmək üçün maksimum imkanlar verən müasir fitnes mərkəzə gedə bilər, orqanizmi tonusda saxlamaq üçün müntəzəm olaraq aerobika zalını ziyarət edə bilərsiniz.

İdarəetmə xidmətləri