İnkişaf

Şirkət özünü nəinki Azərbaycanda, həmçinin ölkə hüdudlarından kənarda da tanıtmışdır və özünün etibarlı əməkdaş nüfuzundan istifadə edir. Yaxşı təşkil edilmiş işçi heyəti siyasəti nəticəsində, bütün personal  mühüm layihələrin həyata keçirilməsinə  şərait yaradan təlim və təcrübə proqramlarında iştirak edir. Şirkət yüksək ixtisaslı əcnəbi vətəndaşları müxtəlif layihələrin həyata keçirilməsi prosesinə cəlb edir.  Şirkətin ən böyük nailiyyətlərindən biri gələcək fəaliyyət üçün imkan yaradan bir sıra mühüm  layihələrin həyata keçirilməsi təcrübəsidir.

 Şirkət Avropa və ABŞ-ın qabaqcıl şirkətləri ilə yaxından əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır və çoxsahəli layihələri birgə həyata keçirir. DDLAR şirkəti kompleks işlər həyata keçirmək imkanına malikdir, xüsusi olaraq aşağıdakı göstəriciləri vurğulamaq istərdik:

  • Layihə planının işlənib hazırlanması və ilkin baxışdan keçirilməsi;
  • Layihənin işlənib hazırlanması;
  • Layihənin həyata keçiriləcəyi məkanın və texniki-iqtisadi göstəricilərin dəyərləndirilməsi;
  • Müqavilələrin imzalanması və tikinti işləri.

Qeyd edək ki, yuxarıda qeyd olunanlar şirkətin mütəxəssisləri tərəfindən həyata keçirilən işlərin tam siyahısı deyil. Bununla yanaşı, şirkət davamlı olaraq inkişaf edir, işçi heyətinin siyahısı yüksək ixtisaslı mütəxəssislər sayəsində artır, yeni əməkdaşlar meydana gəlir və təşkilatın fəaliyyət sahəsi genişlənir.