Beton zavodu

“Monolit Beton” “DDLAR GROUP”a daxil olan tikinti təşkilatlarının fəaliyyətini yüksək səmərəliliyini təmin etmək məqsədilə yaradılıb. Lakin bu gün “Monolit Beton” tək Holdinqə daxil olan şirkətləri deyil, uzun illər əməkdaşlıq etdiyimiz digər tikinti idarələrinin də tələbatlarını təmin edir. Zavodun balansında olan “KAMAZ” texnikası bazasında 7 və 12 kub metrlik betonqarııranlar, 22 və 37 metrlik məsafədə betonun verilşini təmin edən nasos mövcuddur.

 

Bu gün Holdinqin beton zavodunun məhsuldarlığı 125 kub. m/saata çatır. Betonun yüksək keyfiyyəti Tikinti Materialları İnstitutu tərəfindən dəfələrlə təsdiq olunub. Məhsulun keyfiyyətinə qoyulan aksent yüksək rəqabət şəraitində zavod üçün zəmanət verir. Texniki xidmət sistemləri və nəqliyyat ehtiyatlarının mövcudluğu sayəsində baza tikinti materialı şəhərin istənilən hissəsində operativ surətdə tikintiyə çatdırılır.