Bayıl Yaşayış Binası

Bayıl-Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən mənzərəli yerdir. Məhz burada təbiətin gözəllikləri mütərəqqi müasirlik ilə ahəng təşkil edir. Ötən ilin may ayı ərzində bu qəsəbədə yeraltı dayanacağı olan 18 mərtəbəli yaşayış binasının tikintisinə start verilmişdir. Binanın dizaynı ilə layihənin hi-tech üslubunda inşasını planlaşdıran məşhur “Studio Liparini” firmasının italiyalı mütəxəssisləri məşğul olmuşlar. Evin fasadı böyük vitrajlı pəncərələr və qismən böyük keramika-qranit plitələri ilə bəzədilib.

 

Binanın istismara verilməsi 2016-cı ilin sentyabr ayına planlaşdırılır, hal-hazırda  tikinti sahəsində qazıntı işləri aparılır, binanın təməlinin qoyulması üzrə hazırlıq işləri həyata keçirilir. Quraşdırma işlərinə start verilməsi isə yay aylarına nəzərdə tutulub. Elit hissədə  yolun birinci xəttində olan evin yerləşməsi xüsusi diqqət tələb edir. Binanın yaxınlığında yeni Şeytan çarxı və daha da gözəlləşən əfsanəvi Bakı bulvarı yerləşir.

 

Gələcək binanın yaxınlığında Qafur Məmmədov adına park və 2012-ci il Avroviziya mahnı müsabiqəsinin keçirildiyi məşhur “Bakı Kristal Zalı” və ya “Baku Crystal Hall” yerləşir. İnşa edilən yaşayış kompleksi ölkənin Dövlət Bayrağı meydanı və paytaxtın tarixi ərazisi – Qədimi şəhər (“Old city”) yaxınlığında yerləşir. Bayıl ərazisində inşa edilən bina yuxarıda qeyd edilən tikili və gözəl parklar ilə ahəng təşkil edəcək və sakinlərin yüksək statusu və gözəl zövqünü tamamlayacaq.