Haqqımızda

1999-cu ildən fəaliyyətə başlayan “İNŞAATÇI” tikinti firması, tezliklə müştərilərin və tərəfdaşların etibarını qazandı və “DDLAR Group”a çevrildi.
Bu gün qrupun tərkibinə tikinti və onu muşayiət edən xidmətlərl, memarlıq həlləri, interyerlərin dizaynı, beton istehsalı və bir çox başqaları ilə məşğul olan şirkətlər daxildir. Bütün bu törəmə müəssisələrin birləşməsi, razılaşdırlmış işgüzar siyasət yürütməyə imkan verir, nəticə isə əlavə iqtisadi səmərənin əldə olunmasıdır.
Biz bu gün şəhərin ən yaxşı rayonlarında “Premium” və “De Lüks” sinifli komplekslər ucaldırıq, tək ölkəmizdə deyil, xaricdə də heyranlıq yaradan layihələrin işlənməsi ilə məşğuluq. Yaşayış komplekslərinin tikintisi və istismarı işçilərdən yüksək səviyyəli peşəkarlıq və məsuliyyət tələb edir. Ona görə də “DDLAR Group” “Hər şey bir əldə” prinsipi ilə işləyir, memarlıq-mühəndislik layihələndirməsindən və obyektlərin tikintisindən başlamış, onların satışı və daşınmaz əmlakın növbəti idarə olunmasına qədər işlərin tam dövrünü yerinə yetirir. Layihələrin həyata keçirilməsinə kompleks yanaşma yüksək keyfiyyətə və sonda istehlakçının maraqlarına hörmətə zəmanət verir.
“DDLAR Group” fəaliyyət dövründə məsuliyyətli inşaatçı şöhrətini qazanıb. Öhdəliklərə ciddi münasibət, mütərilərin şirkətə yüksək etibarını təmin edib.
Biz hazırki tələblərdən çıxış edərək, Bakının bu gün necə olacağını anlayaraq, spesifikanı, landşaftı və şəhərimizin yerli koloritini nəzərə alaraq tikirik.
Xeyirxahlıq və ümumi işə sadiqlik atmosferinin yaradılması – bizim korporativ etikamızın əsasıdır. Qarşılıqlı anlaşma, optimizm, təşəbbüs – təsirli alətlərdir, onlara ustalıqla yiyələnməni isə biz hər gün təkmilləşdiririk.
“DDLAR Group” bu günü ağılla qiymətləndirərək, gələcəyə istinad edir.